EN

Heqset ABŞ Yaxın Şərqdə müdafiə mövqeyi tutur

“ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.”

APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

"Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Və şübhəsiz ki, bunun baş verəcəyinə ümid edirik. Biz ayıq-sayıq və hazırıq. Biz əvvəldən demişik ki, xalqımızı və resurslarımızı qorumaq üçün bölgədəyik", - Pentaqon rəhbəri vurğulayıb.

O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp hələ də İranla nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və onun bu məsələdə mövqeyi dəyişməyib.

Chosen
7
7
apa.az

8Sources