EN

KİV: Tramp Vans və Witkoffa İran nümayəndələri ilə görüşməyi tapşırıb

ABŞ prezidenti Donald Tramp xüsusi elçi Steven Witkoff və vitse-prezident J.D.Vansi bu həftə İran rəsmiləri ilə görüşə dəvət edib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri öz mənbələrinə istinadən məlumat verib.

Qeyd olunub ki, görüş baş tutsa, İranı böyük ehtimalla xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.

Qeyd edilib ki, Ağ Ev rəhbəri öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyi tapşırıb.

Həmçinin iddia edilir ki, Amerika lideri ABŞ Milli Təhlükəsizlik Şurasına (MTŞ) Ağ Evin Situasiya Otağında toplaşaraq görüşə hazır olmaq əmri verib.

Poliqon.info 

Chosen
7
1
poliqon.info

2Sources