EN

Çin səfirliyi İsraildəki vətəndaşlarına ölkəni təcili tərk etməyi tövsiyə edib

Çinin İsraildəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına təhlükəsizlik səbəbindən İsraili tez bir zamanda tərk etməyi, xüsusilə İordaniya ilə sərhədi keçməyə üstünlük verməyi tövsiyə edib.

 

Bu barədə səfirliyin rəsmi “WeChat” hesabında yayımlanan bəyanatda bildirilib.

 

“Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davam edir. Bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti daha da ciddiləşib”, – deyə bəyanatda qeyd olunub.

 

Trend

Tarix: 17 İyun 2025, 07:31   
Chosen
10
11
pravda.az

10Sources