EN

Netanyahu: Təl-Əviv müdafiə olunmasa, sabah Nyu-York vurulacaq

BAKI, 17 iyun. TELEQRAF

Təl-Əviv bu gün müdafiə olunmasa, sabah Nyu York İran tərəfindən vurulacaq, ona görə də ABŞ məsələyə müdaxilə etməlidir.

Teleqraf xəbər verir ki, ABC telekanalına müsahibəsində bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib: "Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq... Baxın, mən "öncə Amerika" prinsipini başa düşürəm. Amma "Amerika məhv edildi" prinsipini başa düşmürəm", - İsrail hökumətinin başçısı bildirib.

B.Netanyahu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İsraili dəstəkləyir və o, Amerika liderinin dəstəyini şəxsən yüksək qiymətləndirir.

Chosen
6
2
teleqraf.com

4Sources