EN

İtaliyada orta sinif şagirdlərinə məktəbdə mobil telefondan istifadə qadağan edildi

Bakı. Trend:

İtaliyada yeni tədris ilindən etibarən orta sinif şagirdlərinədərs zamanı və ümumiyyətlə məktəbdə olduqları müddətdə mobiltelefondan istifadə qadağan ediləcək.

Trend-inməlumatına görə, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditaramüvafiq qərar imzalayıb.

Qərara əsasən, yalnız xüsusi hallarda — əlilliyi və ya öyrənməçətinlikləri olan şagirdlərə mobil telefondan istifadəyə icazəveriləcək.

Qeyd edək ki, daha əvvəl bu qadağa yalnız ibtidai sinifşagirdlərinə aid idi. Yeni qaydalar texnologiyanın şagirdlərindiqqətini yayındırmasının və tədris prosesinə mənfi təsirininqarşısını almağa yönəlib.

Chosen
7
az.trend.az

1Sources