EN

ABŞ fond bazarı yüksəldi

Finss.az - ABŞ fond bazarları həftənin ilk ticarət gününü artımla başa vurub. İnvestorların diqqəti əsasən Yaxın Şərqdəki gərgin vəziyyətə yönəlib – İsrail və İran arasında davam edən raket zərbələri mübadiləsinə baxmayaraq, analitiklər münaqişənin daha geniş miqyas alacağına dair narahatlıqların azaldığını bildirir.

Məlumatlara görə, İran ABŞ və İsrailə vasitəçilər üzərindən danışıqlara qayıtmaq və vəziyyəti deeskalasiya etmək istədiklərini çatdırıb. Eyni zamanda, Tehran xəbərdarlıq edib ki, əgər diplomatik yol mümkün olmazsa, nüvə proqramını sürətləndirə bilər.

Buna baxmayaraq, RBC Capital Markets analitikləri xəbərdarlıq edirlər ki, bölgədəki gərginlik nəticəsində yanacaq tədarükündə problemlər yaranarsa və ABŞ-da inflyasiya 4%-ə yüksələrsə, S&P 500 indeksi ilin sonuna qədər 20%-dək dəyər itirə bilər.

Bazar ertəsi həm də bir sıra iqtisadi və korporativ hadisələrlə yadda qalıb:

  • Empire Manufacturing istehsal indeksi iyun ayında -16 bəndə enib, bu da biznes mühitinin pisləşməsinə işarə edir.

  • United States Steel səhmləri 5,1% bahalaşıb. Prezident Donald Tramp Yaponiyanın Nippon Steel şirkətinin $14,9 mlrd-lıq satınalma əməliyyatına yaşıl işıq yandırıb.

  • Cisco Systems 2,2% dəyər qazanıb – Deutsche Bank analitikləri şirkətin səhmlərinə “al” tövsiyəsi verib.

  • Sarepta Therapeutics səhmləri isə gen terapiyasından sonra ikinci ölüm hadisəsinin qeydə alınması səbəbindən 42% ucuzlaşıb.

Əsas indekslərin yekun nəticələri:

  • Dow Jones – +0,75% (42 515,09 bənd)

  • S&P 500 – +0,94% (6 033,11 bənd)

  • Nasdaq Composite – +1,52% (19 701,21 bənd)

Chosen
17
fins.az

1Sources