EN

Baltik dənizində "uçan" gəmilər göründü – FOTO

Baltik dənizində, Rusiyanın Kalininqrad vilayətinin sahillərində "uçan" gəmilər peyda olub.

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, bununla bağlı fotolar yayılıb.

Belə ki, sözügedən fotolarda su səthindən yüksəkdə hərəkət edən gəmilər öz əksini tapıb.

Mütəxəssislərin fikrincə, bu mənzərənin yaranmasına səbəb optik illüziyadır. Yəni, soyuq və isti hava təbəqələrinin işığı sındırması nəticəsində üfüqdən çox kənarda yerləşən obyektlər qəribə şəkildə təhrifolunmuş təsvirlər yaradır.




Bizim.Media  

Chosen
21
2
bizim.media

3Sources