Məlumata görə, “Holani” briqadasının 12-ci batalyonunda xidmət edən 20 yaşlı çavuş Naveh Leşem Qəzza zolağının cənubunda gedən döyüşlərdə həlak olub. Daha bir zabit və üç əsgər ağır yaralanıb və tibbi yardım üçün təxliyə edilib. Bununla da Yaxın Şərqdəki münaqişənin yeni mərhələsində həlak olan İsrail hərbçilərinin sayı artıq 869-a çatıb.