Abşeron rayonunun Masazır qəsəbəsində içməli su xətti partlayıb, küçə boyu axır. Nəticədə avtomobil yolu keçilməz hala düşüb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, xəttin partlaması nəticədə içməli su küçə boyunca axaraq həm yolları, həm də ətraf infrastrukturu yararsız hala salıb.
Yaranan gölməçələr həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi əngəl törədir.
Məsələdən "Abşeron Su Meliorasiya Sistemlərini İstisamarı İdarəsi" də xəbərdardır. Adıçəkilən qurumun baş mühəndisi Ramil İbadov “Xəzər Xəbər”ə bildirib ki, əraziyə baxış keçirilib. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları tərəfindən işlər aparılır. Qısa vaxt ərzində partlayan su xətti təmir olunaraq istifadəyə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.