EN

Geosiyasi risklərin artması ilə Uoll Strit cümə günü kəskin ucuzlaşıb

Finss.az xəbər verir ki, cümə günü ABŞ fond indeksləri Yaxın Şərqdə gərginliyin artması səbəbindən ucuzlaşıb.

İyunun 13-nə keçən gecə İsrail İrana irimiqyaslı zərbələr endirib. Əməliyyatın bəyan edilmiş məqsədi Tehranın nüvə proqramı üzrə fəaliyyətini məhv etməkdir. İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn təhlükəni aradan qaldırmaq üçün “əməliyyatın lazım olduğu qədər gün davam edəcəyini” açıqlayıb. İran prezidenti Məsud Pezeşkian deyib ki, Tehran İsrailin “ehtiyatsız hərəkətinə” “qanuni və sərt cavab” verəcək.

Navellier & Associates-in investisiya direktoru Louis Navellier, "Uzunmüddətli perspektivdə vəziyyət neft qiymətlərinə təsir edə bilər və bu, münaqişənin tez bir zamanda həll edilmədiyi təqdirdə inflyasiya statistikasına zərər verəcək" dedi.

Neft qiymətlərindəki sıçrayış fonunda ABŞ-ın ən böyük enerji şirkətləri Exxon Mobil və Chevron Corp-un səhmləri müvafiq olaraq 2,2% və 0,7% bahalaşıb.

Həmçinin məlum olub ki, ABŞ-da Miçiqan Universiteti tərəfindən hesablanan istehlakçı inamı indeksi iyunda bir ay əvvəlki 52,2 bəndlə müqayisədə 60,5 punkta yüksəlib. Analitiklər indeksin orta hesabla 53,5 bəndədək artacağını gözləyirdilər.

Chosen
5
fins.az

1Sources