EN

Liverpul Nunesin satış qiymətini müəyyən etdi

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Liverpul"un hücumçusu Darvin Nunes yay transfer pəncərəsində klubu tərk edə bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, futbolçu ilə "Milan" və "Napoli" maraqlanır.

İngiltərə klubu futbolçusu üçün 60 milyon avro qiymət qoyub.

"Napoli" uzun müddətdir ki, 25 yaşlı hücumçuya göz dikib.“Milan”da isə yeni baş məşqçi Massimiliano Alleqri Nuneslə müqavilə imzalamaq istəyir.

Darvin bu mövsüm 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
lent.az

2Sources