EN

“Hərbi üstünlük üçün aylarla hücum aparılmalıdır” Hərbi ekspert

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hərbi ekspert Aqil Rüstəmzadə bildirib ki, İsrail hərbi komandanlığının məlumatına görə, İranın arsenalında mövcud olan 360 ballistik raket buraxılış qurğusundan 120-si məhv edilib. Onun sözlərinə görə, bu, İsrailin hava məkanında müəyyən üstünlük əldə etməsinə imkan versə də, belə miqyaslı hücumlarla İranın hərbi potensialını ciddi şəkildə zəiflətmək üçün aylarla davam edən əməliyyatlar tələb olunur.

Ekspert qeyd edib ki, İsrail bir həftə və ya bir qədər artıq müddətdə daha 100-150 raket buraxılış qurğusunu sıradan çıxara bilər. Lakin əsas sual ondan ibarətdir ki, İsrail İranın nüvə infrastrukturunun əsas elementi sayılan "Fordo" obyektinə qarşı nə kimi addımlar atacaq və bu istiqamətdə hansı strategiyanı seçəcək – bu hələ də aydın deyil.

 Aqil Rüstəmzadə həmçinin bildirob ki, İsrail kiçik bir dövlətdir və İranın hava hücumundan müdafiə sistemlərini yararaq keçə bilən raketləri ciddi dağıntılara səbəb ola bilir.

O əlavə edib ki, döyüşlərin gedişatına əsasən hər iki tərəfin ciddi itkilərə məruz qalacağı artıq qaçılmaz görünür. 

Ekspertin fikrincə, İsrailin ABŞ-ın iştirakı olmadan bu qarşıdurmada nə dərəcədə nəticə əldə edə biləcəyi isə açıq və hələlik cavabı qeyri-müəyyən qalan sualdır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
azpolitika.info

1Sources