İtaliyanın baş nazirindən Makronun sözlərinə qəribə reaksiya....
Daily Mail-də yayımlanan videoya görə, İtaliyanın baş naziri Giorgia Meloni Fransa prezidenti Emmanuel Makronun G7 sammiti çərçivəsində söylədiyi sözlərdən sonra gözlərini yumub.
Bu, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Avropa İttifaqı (Aİ) rəhbərliyinin Kanadanın Kananaskis kurortunda keçirilən görüşü zamanı baş verib. Onlar İsrail və İran arasında gərginliyin artması, eləcə də Ukrayna münaqişəsini müzakirə etmək üçün görüşüblər.
Kamera Meloninin Fransa prezidentinin ona nə pıçıldadığını eşitmək üçün əyildiyini çəkib. Onun sözlərindən sonra İtaliyanın baş naziri gözlərini yumdu.
G7 liderləri İsraili dəstəkləyir
G7 ölkələrinin liderləri görüşdən sonra yaydıqları birgə bəyanatda İsraili dəstəkləyib və İranı Yaxın Şərqdə “terror mənbəyi” adlandırıblar. Sənəddə həmçinin Qəzza zolağı da daxil olmaqla, Yaxın Şərqdə gərginliyin azaldılması və atəşkəsin əldə edilməsi üçün “İran böhranı”nın həllinə çağırış edilib.
aia.az
Tərcmüə şöbəsi