EN

Pentaqon Yaxın Şərqə əlavə qüvvələr göndərdiyini AÇIQLADI

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin müdafiə naziri Pit Heqset Yaxın Şərqi əhatə edən Mərkəzi Komandanlığa əlavə qüvvələrin göndərilməsinə göstəriş verdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Pit Heqset özünün "X" hesabında paylaşım edib.

Pit Heqset qeyd edib ki, Vaşinqtonun prioriteti Birləşmiş Ştatların maraqlarını qorumaqdır.

"Əlavə resursların Yaxın Şərqə yerləşdirilməsi isə bölgədə müdafiə hazırlığını genişləndirmək məqsədi daşıyır", - deyə P.Heqset vurğulayıb.

Öz növbəsində P.Heqsetin köməkçisi Şon Parnell "X" sosial şəbəkə hesabında ABŞ qırıcılarının İrana qarşı hava hücumlarında iştirak etdiyi barədə xəbərləri təkzib edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
oxu.az

1Sources