Demokrat.az ATV-yə istinadən xəbər verir ki, 10 gün ərzində 4 nəfər xəstəxanaya müraciət edib.
Suya tullanaraq ağır xəsarət alan bir neçə vətəndaşın vəziyyəti ciddi olaraq qiymətləndirilir. Məhz bu səbəbdən son günlər travmalarla bağlı həkimə müraciət edənlərin sayı artıb.
Həkimlər çimərliyə gedərkən ehtiyatlı olmağı tövsiyə edirlər: "Məsələn, suya tullananlar başıaşağı tullanırlar və həmin anda kəskin boyun hərəkəti baş verir. Bu isə boyun fəqərələrinin sınması, boyun və beyində ciddi əzilmələrə səbəb olur. İnsanın yuxarı və aşağı ətrafları iflic ola bilər. Son zamanlar minlərlə belə xəstəmiz olur. Hazırda onlar stasionar müalicə alırlar. Başıaşağı və ya qaçaraq, xüsusən də yüksək yerdən suya tullanmaq qəfil ölümə bərabərdir".
Həkimlərin sözlərinə görə, bəziləri əməliyyatdan sonra normal həyata qayıda bilsə də, bəziləri üçün bu, mümkün olmur. Ani əyləncə naminə ağır boyun travması alanlar da var. Nəticədə, insan ömrü boyu yataq xəstəsinə çevrilə və ya həyatını əlil arabasında davam etdirməyə məcbur qala bilər.
Ətraflı süjetdə:
10Sources
-
olke.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb SƏBƏB ( 18324727)
-
ekologiya.azAzərbaycanda 10 gündə 4 nəfər çimərlikdən xəstəxanaya aparılıb - Nə baş verir?/VİDEO ( 18323884)
-
olke.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB ( 18321376)
-
demokrat.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb — SƏBƏB (VİDEO) ( 18311590)
-
pravda.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB ( 18310948)
-
referans.azAzərbaycanda 10 gündə 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - Nə baş verir? ( 18309019)
-
far.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB ( 18308269)
-
sfera.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB ( 18307051)
-
publika.azAzərbaycanda 10 gündə 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - Nə baş verir? ( 18307006)
-
oxu.az10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb SƏBƏB ( 18305944)