EN

Avropada qaz tələbatı 2030-cu ilə qədər 7% azalacaq

BAKI, 17 iyun. TELEQRAF

Avropa İttifaqında (Aİ) qaza tələbat 2030-cu ilə qədər 7% azalacaq.

Teleqrf xəbər verir ki, bu barədə “Ember” qlobal enerji analitik mərkəzinin hesabatında qeyd olunub.

Azalmanın əsas səbəbi kimi bərpa olunan enerji mənbələrinin genişlənməsi və elektrikləşmənin artması göstərilib.

“Ember” Avropa İttifaqına üzv dövlətlərin milli enerji planlarını təhlil edib. Mərkəzə görə,2023-cü ildə qaza tələbat 326 milyard kubmetr təşkil edirdisə,2030-cu ilə qədər bu rəqəm 302 milyard kubmetrə enəcək.

Hesabatda vurğulanır ki, qaza tələbdəki uzunmüddətli azalma Aİ-nin 2030-cu ilə qədər maye qaz (LNG) idxalını 54% artırmaq planları ilə ziddiyyət təşkil edir:

Xatırladaq ki, Aİ ölkələri növbəti beş ildə külək və günəş enerjisi güclərini ikiqat artırmağı hədəfləyir. Bu planların reallaşması nəticəsində 2030-cu ilə qədər Aİ-də elektrik enerjisinin 66%-nin bərpa olunan mənbələr hesabına istehsal ediləcəyi gözlənilir.

Həmçinin Aİ-də elektrik enerjisinin yekun enerji istehlakı strukturundakı payının 23%-dən 30%-ə yüksələcəyi proqnozlaşdırılır.

Chosen
10
teleqraf.com

1Sources