EN

Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayevi (81 kq) təbrik edib.

"Report" xəbər verir ki, ACF rəhbəri bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

"Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Zelim Tçkayev bürünc medal qazandı. Zelimi bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində mübarizə aparacaq bütün cüdoçularımıza uğurlar arzulayıram", - deyə R.Nəbiyev bildirib.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Chosen
11
5
report.az

6Sources