EN

İran Oman və Qətərdən yardım istəyir

İran nümayəndələri vasitəçilərə ABŞ-la danışıqları bərpa etməyə hazır olduqlarını, lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istədiklərini bildiriblər.

Editor.az bildirir ki, bu barədə “Washington Post” mənbələrə istinadən xəbər verir. Qəzetin mənbələrinə görə, atəşkəs danışıqlarına başlamaq səylərinə Oman və Qətər rəhbərlik edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasına İranla görüşün tez bir zamanda təşkil edilməsi barədə göstəriş verib. “New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti xüsusi elçi Stiv Vitkoff və vitse-prezident Ceyd Vensə İran tərəfi ilə görüşməyi təklif edib.
Əməliyyat başlayandan sonra Donald Tramp dəfələrlə İranı danışıqlar masasına qayıtmağa çağırıb. İran tərəfi bildirib ki, İsrail İrana hücum edərkən ABŞ-la danışıqları davam etdirməyin mənası yoxdur.

//Samir Qurbanov, Editor.az

Chosen
8
editor.az

1Sources