EN

İsrail bir neçə gündə İranın ikinci baş qərargah rəisini öldürüb

İranın Silahlı Qüvvələrinə yeni təyin olunan baş qərargah rəisi Əli Şadmani İsrail ordusunu tərəfindən öldürülüb. Bu barədə İsrail mətbuatı yazıb. 

"Tehrana endirilən hava zərbəsi zamanı İsrail aviasiyası İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Şadmanini öldürüb", - məlumatda deyilir. 

Şadmani İranın hərbi fövqəladə qərargahına rəhbərlik edib və İslam İnqilabı Keşikçiləri Korpusu və orduya nəzarət edib.

O, bir neçə gün əvvəl, sələfi Ələm Əli Rəşidin İsrailin zərbələri nəticəsində öldürülməsindən sonra bu vəzifəyə təyin edilmişdi. 

Gülnar 

Chosen
5
anews.az

1Sources