EN

Azərbaycanda əhali 5 ayda tibbi ləvazimatlara 599 mln. manat xərc çəkib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 598.1 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,2% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
10
1
banco.az

2Sources