EN

İsrail ordusu Xameneinin ən yaxın adamını öldürdü

İsrail Müdafiə Qüvvələri (SAXAL) İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının rəisi və "Hatem əl-Ənbiya" Mərkəzi Komandanlığının rəhbəri general Əli Şadmaninin öldürüldüyünü rəsmən təsdiqləyib.
 
Bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
 
"Dəqiq kəşfiyyat məlumatlarının ardınca İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bir gecədə Tehranın mərkəzində yerləşən qərargaha hücum edərək hərbi qərargah rəisi, ən yüksəkrütbəli hərbi komandir və İranın Ali Rəhbəri Əli Xameneinin ən yaxın adamı Əli Şadmanini öldürüblər", - deyə məlumatda qeyd olunub.
Chosen
11
moderator.az

1Sources