EN

İsrailin hücumu zamanı SEPAH-ın daha bir generalı ölüb

İsrailin həyata keçirdiyi hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Əli Şadmani həlak olub.

BAKU.WS-in məlumatına görə, bu barədə xəbəri İranın yerli mətbuatı yayıb.

Bildirilib ki, Əli Şadmani "Xatəmül-Ənbiya" qoşunlarının mərkəzi qərargahının rəhbəri olub. O, həmçinin Silahlı Qüvvələrin fövqəladə komandanlığının komandiri vəzifəsini icra edib və İran lideri ayətullah Əli Xameneiyə ən yaxın hərbi fiqurlardan biri hesab olunurdu.

Əli Şadmani həm İslam İnqilabı Keşikçiləri Korpusuna, həm də İran ordusuna rəhbərlik etmiş şəxslərdən idi.

Chosen
9
far.az

1Sources