Azərbaycan şahmatçısı Namiq Quliyev Fransa açıq çempionatında çıxış edib.
İdman.biz xəbər verir ki, yarış Sen-Mor-de-Fossedə sürətli şahmat formatında keçirilib.
Blitsdə Quliyev 13 mümkün xaldan 9,5 xal toplayaraq 20-ci yeri tutub.
Çempionatın qalibi 11,5 xalla fransalı şahmatçı Maksim Laqard olub.
Yarışda ümumilikdə 608 şahmatçı iştirak edib.
İdman.biz