EN

İran beynəlxalq nüvə müqaviləsindən çıxmaq istəyir

Bu barədə İranın Xarici İşlər Nazirliyi mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə brifinq verərkən danışıb. Tehranın sözügedən müqavilədən çıxa biləcəyinə dair sualı cavablandıran sözçü diqqətə çatdırıb ki, son hadisələr fonunda müvafiq qərar qəbulu gözləniləndir.

"Hazırda qanun layihəsi hazırlanmaqdadır. Sonrakı mərhələlərdə parlamentlə birgə bu işi həyata keçirəcəyik",- Bəqayi vurğulayıb.

Məlumat üçün bildirək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1968-ci ildə imzalanıb. Bu müqaviləyə qoşulan ölkələr atom silahı hazırlamayacağına söz verir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nəzdindəki Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığa girir. Bu tələblərin müqabilində mülki nüvə enerjisi sistemi qurmaq hüququ qazanır.İran bu müqaviləyə 1970-ci ildə qoşulub.
İranın raket və PUA qurğuları sıradan çıxarılıb |VİDEO

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.

Firudin Həmidli
AzVision.az
Chosen
6
1
azvision.az

2Sources