"Hazırda qanun layihəsi hazırlanmaqdadır. Sonrakı mərhələlərdə parlamentlə birgə bu işi həyata keçirəcəyik",- Bəqayi vurğulayıb.
Məlumat üçün bildirək ki, Nüvə Silahlarının Yayılmaması Sazişi 1968-ci ildə imzalanıb. Bu sazişə qoşulan ölkələr atom silahı hazırlamayacağına söz verir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nəzdindəki Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığa girir. Bu tələblərin müqabilində mülki nüvə enerjisi sistemi qurmaq hüququ qazanır.İran bu sazişə 1970-ci ildə qoşulub.
![]() |
İranın raket və PUA qurğuları sıradan çıxarılıb |VİDEO |
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az