Bakı, 17 iyun, AZƏRTAC
Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, C qrupunda Argentinanın “Boka Juniors” komandası Portuqaliyanın “Benfika” klubu ilə 2:2 hesablı heç-heçə edib.
D qrupunda isə Braziliya təmsilçisi “Flamenqo” Tunisin “Esperanse” kollektivini 2:0 hesabı ilə məğlub edib.