"İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, son günlər İranla İsrail arasında münasibətlər pik həddə çatıb. Gərginlik fonunda tərəflər bir-birinə raket zərbələri endirirlər. Hadisə nəticəsində yüzlərlə insan həlak olub.