EN

Şoyqu Kim Çen Inla danışıqlar aparır

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda KXDR lideri Kim Çen Inla danışıqlar aparır.

Herbiand.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.

“Pxenyanda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə KXDR lideri Kim Çen In arasında danışıqlar başlayıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana gəlib. Bu, onun son üç ayda KXDR-ə üçüncü səfəridir.

Şoyqu sonuncu dəfə iyunun 4-də Pxenyanda olub. Daha sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Kim Çen Inla da görüşüb. Onlar Ukrayna ətrafındakı vəziyyəti, Kursk vilayətinin bərpasını və regionun azad edilməsinə kömək edən koreyalı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsini müzakirə ediblər.

Chosen
1
2
herbiand.az

3Sources