AZ

Şoyqu Putinin tapşırığı ilə Pxenyana gəlib

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

TASS-ın müxbiri xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana gəlib və burada onun KXDR lideri Kim Çen In ilə görüşü gözlənilir. Bu, Şoyqunun son üç ayda KXDR-ə üçüncü səfəridir.

Şoyqu sonuncu dəfə iyunun 4-də Pxenyanda olub. Daha sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Kim Çen Inla da görüşüb. Onlar Ukrayna ətrafındakı vəziyyəti, Kursk vilayətinin bərpasını və regionun azad edilməsinə kömək edən koreyalı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsini müzakirə ediblər.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr