Səssizliyin səbəbi kimi regionda baş verən qeyri-sabitlik və İsrail-İran müharibəsi göstərilir. Bildirilir ki, Paşinyan bu dövrdə kilsəyə qarşı açıq çıxışlarının ictimai qəzəb doğuracağını anlayır və vəziyyətin sakitləşməsini gözləyir.
Buna cavab olaraq Ermənistan Apostol Kilsəsi təşəbbüsə keçib - yüksək rütbəli din xadimləri, ictimai və siyasi fiqurların iştirakı ilə Paşinyanın paylaşımlarına həsr olunmuş dəyirmi masa keçirilib. Eyni zamanda, 16-22 iyun tarixlərində Müqəddəs Eçmiədzin kilsəsində Arafat həftəsi qeyd olunacaq və müqəddəs qalıqlar ibadət üçün nümayiş etdiriləcək. 22 iyun tarixində keçiriləcək yekun ayin zamanı isə "Müqəddəs Eçmiədzinin sarsılmazlığı və əbədi nur saçması üçün dua" oxunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31