EN

İran İsrailin strateji mövqelərinin məhv edildiyini iddia edir

İran İsrailin Təl-Əviv və Hayfadakı strateji mövqelərini məhv edib. İRİB-in yaydığı məlumata görə, bu barədə İran ordusunun quru qoşunlarının komandanı Kiyumərs Heydari məlumat verib.


“Son gün ərzində müxtəlif tipli, dəqiq və dağıdıcı gücə malik pilotsuz təyyarələr İsrailin Təl-Əviv və Hayfadakı strateji mövqelərini darmadağın edib”, - məlumatda qeyd edilir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Chosen
2
news365.az

1Sources