AZ

Nüvə qərargahı vuruldu -VİDEO

İsrail ordusu Tehranın mərkəzinə silsilə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Telegram kanalında məlumat verilib.


“Onlarla hədəf, o cümlədən hərbi raket istehsalı obyektləri, İranın nüvə silahı layihəsinin tədqiqi və inkişafı üçün nəzərdə tutulmuş SPND qərargahı vurulub”, - deyə məlumatda bildirilir.


Mətbuat xidmətinin məlumatına görə, Tehrana hücumda 60-dan çox qırıcı iştirak edib. İrandakı hərbi hədəfləri vurmaq üçün 120-yə yaxın sursatdan istifadə edilib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.


Tural

Seçilən
9
news365.az

1Mənbələr