Sitat.info saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrailin tanınmış təhlükəsizlik analitiki Ben-Tsiyon Makals İrandakı raket obyektlərinə dair 30-dan çox peyk şəklini araşdıraraq, 12 günlük müharibə zamanı zərər görmüş obyektlərin xəritəsini hazırlayıb.
Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Təhlükəsizlik analitiki "Yüksələn şir" əməliyyatı zamanı Təbriz, Kirmanşah, Xürrəmabad, Tehran, Qum, İsfahan, Şiraz və Yəzddə 20-dən çox raket bazasının vurulduğunu açıqlayıb.
"Bu bazalarda raket hazırlıq və buraxılış strukturları, idarəetmə binaları və silah anbarları hədəf alınıb. Xüsusi diqqət yeraltı tunellərin girişlərinə yönəlib. Bir çox bazalarda tunel girişləri zərər görüb, bloklanıb və ya dağıdılıb", - ekspert qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.