"Sportinq"in hücumçusu Viktor Dyökereş agenti vasitəsilə "Real Madrid"ə önərilib.

Offsideplus.az xəbər verir ki, lakin "kral klubu" bu təklifi qəbul etməyib. Onlar isveçli futbolçu ilə maraqlanmır.

Bu barədə jurnalist Mario Kartaqena məlumat yayıb.

Dyökereşin bu yay "Sportinq"dən ayrılacağı gözlənilir. Onunla Premyer Liqa klubları yaxından maraqlanır.

İsveçli hücumçu başa çatan mövsüm 52 oyunda 54 qol vurmağı bacarıb.