EN

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Bakı.Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsininəməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota”markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininsürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb.

Trend Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, xoxlama zamanısürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığındanona tibbi müayinədən keçmək təklif olunub.

Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisinqanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb.Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobilidarə etdiyi aşkarlanıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiqmaddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçünaidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə VüsalHüseynov 30 sutka inzibati qaydada həbs edilib.

Chosen
29
5
az.trend.az

3Sources