EN

Rusiya Trampın başı İrana qarışmışkən Kiyevi bombaladı-14 ölü və…

Ötən gecə Rusiya Trampın başı İrana qarışmışkən Kiyevi bombaladı.

Hurriyyet.az bildirir ki, Kiyevdə (Ukrayna) Rusiyanın endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

“İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək”, – o vurğulayıb.

T.Tkaçenkonun sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.

“İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm”, – o bildirib.

Beləliklə, dünya qarışıb, özünü bu dünyada lider görmək istəyənlərin intriqaları hesabına insanlar ölür, evlər dağılır, şəhərlər viran olur…

Tezadlar.az

Chosen
9
1
hurriyyet.az

2Sources