EN

İran Hörmüz boğazını bağlamayacağına söz verib – İtaliya XİN

İtaliyanın xarici işlər naziri və baş nazir müavini Antonio Tayani bildirib ki, İranlı həmkarı Abbas Araqçi ilə söhbəti zamanı sonuncu ona ticarət gəmiləri üçün Hörmüz boğazını bağlamayacaqlarına söz verib.

Olaylar.az xəbər verir ki, bu barədə Tayani "Corriere della Sera" qəzetinə müsahibəsində danışıb.

"İranlı nazirdən mən müsbət işarə aldım. O, mənə bildirdi ki, İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə əngəl yaratmaq niyyətində deyil", - italiyalı XİN rəhbəri bildirib.

Qeyd edək ki, Hörmüz boğazı dünyada tədarük olunan mayeləşdirilmiş təbii qazın (LNG) 30%-i və qlobal neft ixracının 20%-ə qədərinə cavab verir. Boğazdan gündəlik 20 milyon barelədək neft daşınır ki, bu da dünya üzrə ümumi həcmin təxminən beşdə birinə bərabərdir. Bundan əlavə, bu boğaz mühüm ticarət marşrutu hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
2
olaylar.az

3Sources