AZ

İran Hörmüz boğazını bağlamayacağına söz verib – İtaliya XİN

Bakı. Trend:

İtaliyanın xarici işlər naziri və baş nazir müavini AntonioTayani bildirib ki, İranlı həmkarı Abbas Araqçi ilə söhbəti zamanısonuncu ona ticarət gəmiləri üçün Hörmüz boğazınıbağlamayacaqlarına söz verib.

Trend xəbər verirki, bu barədə Tayani “Corriere della Sera” qəzetinə müsahibəsindədanışıb.

“İranlı nazirdən mən müsbət işarə aldım. O, mənə bildirdi ki,İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə əngəl yaratmaqniyyətində deyil”, - italiyalı XİN rəhbəri bildirib.

Qeyd edək ki, Hörmüz boğazı dünyada tədarük olunanmayeləşdirilmiş təbii qazın (LNG) 30%-i və qlobal neft ixracının20%-ə qədərinə cavab verir. Boğazdan gündəlik 20 milyon barelədəkneft daşınır ki, bu da dünya üzrə ümumi həcmin təxminən beşdəbirinə bərabərdir. Bundan əlavə, bu boğaz mühüm ticarət marşrutuhesab olunur.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr