EN

Qusarda dini mövzuda regional tədbir keçiriləcək

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda "Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti" mövzusunda regional konfrans keçiriləcək. Komitədən "Olaylar"a bildirilb ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.
Konfransda dini maarifçilik işinin təşkili, bu sahədə mövcud ənənələrin qorunub saxlanılması və müasir yanaşmalarla uzlaşdırılması məsələləri müzakirə olunacaq. Eyni zamanda, dini dəyərlərin təbliği, müasir çağırışlara uyğun dini maarifçilik mexanizmlərinin tətbiqi, eləcə də bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources