EN

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişafFondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanayasəfər edib.

Trendnazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində bir sıragörüşlər keçirilib.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb KoordinasiyaQrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabiİnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi iləgörüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarətəlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanınbərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin Fondunölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub.Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədəməlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya vədigər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanlarımüzakirə olunub.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyatakeçirildiyi bildirilib. Davamlı artım və infrastruktur quruculuğubaxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycandahəyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqındaməlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizinözəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupununİllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olandigər məsələlərə dair fikir mübadiləsi aparılıb.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifəilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorununşaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji,infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanlarıdəyərləndirilib.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalqİnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrəTərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatəedən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur vədigər istiqamətlərdə dövlət və özəl sektor layihələrinindəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyatakeçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcədə kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsbedir.

Chosen
11
7
az.trend.az

8Sources