AZ

Baş katib: OPEC yeni ölkələrin təşkilata qoşulmasına açıqdır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bütün zəruri meyarlara və məqsədlərə cavab verdikləri halda, yeni üzvlərin təşkilata qoşulmasına həmişə açıqdır.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysam əl-Qays bildirib.

“OPEC-ə yeni üzvlərin qəbuluna biz həmişə açığıq, əgər onlar təşkilatın meyarlarına cavab verirlərsə. Aydındır ki, bu ölkələr digər OPEC üzvləri ilə oxşar məqsədlərə malik olmalıdırlar. Onlar həmçinin əhəmiyyətli ixracatçılar olmalıdır”, – deyə o qeyd edib.

OPEC-in baş katibi vurğulayıb ki, təşkilat bir çox ölkələrlə bu barədə danışıqlar aparır: “Mən bir sıra Afrika ölkələri, məsələn, Seneqal ilə görüşlər keçirmişəm. Namibiyanın gələcəkdə potensialı var. Amma yeni üzvlərin qoşulması ilə bağlı rəsmi açıqlama verə bilmərəm”.

Seçilən
350
38
icma.az

10Mənbələr