EN

Türkiyədən inflyasiya ilə bağlı kritik açıqlama

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek inflyasiya ilə bağlı kritik açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimşek qlobal qeyri-müəyyənliyin artdığı bu dövrdə geosiyasi proseslərin gedişatını diqqətlə izlədiklərini söyləyib.

“Geosiyasi proseslərin iqtisadiyyatımıza mümkün təsirlərini ətraflı şəkildə qiymətləndiririk. İnflyasiya prosesində kritik əhəmiyyət kəsb edən yaxşılaşma davam edir.

Bazar iştirakçılarının 12 aylıq dövr üçün illik inflyasiya gözləntiləri iyun ayında bir əvvəlki ilin eyni ayına görə 7,2 faiz azalaraq 24,6 faiz oldu. Həyata keçirdiyimiz vahid siyasətin nəticəsi olan gözləntilərdəki bu yaxşılaşmanın davam etməsi çox vacibdir. Biz proqramı qətiyyətlə həyata keçirməyə davam edəcəyik", - nazir qeyd edib.

Chosen
5
publika.az

1Sources