EN

Həftə ərzində 1358 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib...

Poliqon-un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1358.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, QubadlıZəngilan ərazilərində həyata keçirib.

Poliqon.info

Chosen
37
46
poliqon.info

10Sources