EN

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb. 

"Qırmızı-qaralar" iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik dəqiqləşməyib.

Chosen
4
11
fanat.az

10Sources