futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.
Futbolpress.az xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələ məlum deyil.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.