EN

Paşinyan jurnalistləri ələ saldı "Qaçmağı planlaşdırıram!" - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə qəribə davranışı ilə yerli medianın gündəminə gəlib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Baş nazir ona uzaqdan sual vermək istəyən jurnalistə “Bu gün yox” deyib. Paşinyan jurnalistlərin "suallardan nə qədər qaçacaqsınız" sualına isə çevrilərək zarafatla belə cavab verib: “Yaxşı bilirsiniz ki, mən ənənəvi olaraq qaçıram. Bütün həyatım boyu qaçmışam və gələcəkdə də qaçmağı planlaşdırıram”.


Tural

Chosen
10
news365.az

1Sources