EN

Münaqişə, toqquşma, gərginlik, yoxsa müharibə...

Son beş gündə Yaxın Şərq yenidən silah səsləri, partlayışlar eşidilir. İyunun 13-də İsrailin İranda strateji obyektlərə qarşı başladığı əməliyyatı, İranın genişmiqyaslı cavab zərbələri ilə faktiki olaraq iki dövlət arasında açıq hərbi qarşıdurmaya çevirilib.

Lakin hələ də ekspertlər və mətbuat iki ölkə arasında qarşılıqlı hücumlara ad verməyə çəkinir. Bəziləri bunu münaqişə, bəziləri toqquşma, bəziləri gərginlik adlandıdır, müharibə deyənlər də az deyil.

Beynəlxalq münasibətlərdə qarşıdurmanın adlandırılması təkcə semantik məsələ deyil, həm də hüquqi, diplomatik və siyasi nəticələr doğuran ciddi yanaşmadır. “Gərginlik” deyildikdə ümumilikdə diplomatik və psixoloji vəziyyət nəzərdə tutulur. “Toqquşma” ifadəsi isə lokal və qısa müddətli silahlı qarşılaşmalar üçün işlədilir. “Münaqişə” daha geniş və davamlı ziddiyyətləri əhatə edə bilər.

Bəs indiki vəziyyətdə hansı termin daha doğrudur?

Faktlara baxaq:

- İsrail tərəfindən İrana qarşı 300-dən çox aviazərbə həyata keçirilib, o cümlədən nüvə obyektləri və hərbi qərargahlar hədəf alınıb.

- İran cavab olaraq yüzlərlə ballistik raket, dron və qanadlı raketlə İsrailin Tel-Əviv, Haifa və digər strateji bölgələrini vurub.

- Hər iki tərəfdə 200-dən çox insan həlak olub, minlərlə yaralı var.

- ABŞ, Rusiya, Çin və BMT-nin çağırışları fonunda regionda diplomatik fəaliyyətlər də bərpa edilib, lakin tərəflər geri çəkilmək niyyətində görünmür.

Beynəlxalq hüquq və ekspert rəyinə görə...

Beynəlxalq humanitar hüquqa əsasən, iki dövlət arasında rəsmi bəyanat olmasa belə, qarşılıqlı genişmiqyaslı silahlı əməliyyatlar müharibə adlandırıla bilər. ABŞ və Avropa ekspertlərinin əksəriyyəti bunu artıq “açıq müharibə” kimi təsnif edir, baxmayaraq ki, tərəflər hələ də diplomatik yollarla “münaqişə” anlayışına üstünlük verir.

Tanınmış münaqişə araşdırmaçısı Amanda Ripley deyir ki, sözlər təkcə hadisəni izah etmir, həm də onun necə qəbul ediləcəyinə dair fikir formalaşdırır. "Münaqişə dedikdə insanlar sabah sönəcək bir ocaq təsəvvür edir. Müharibə isə artıq nəzarətdən çıxmış bir yanğındır".

Ad qoymaq niyə vacibdir?

Bu qarşıdurmanı necə adlandıracağımız yalnız semantik seçim deyil. Müharibə elan olunarsa, beynəlxalq hüquqi öhdəliklər, mülki əhali üçün humanitar yardım imkanları, BMT-nin mümkün müdaxiləsi və hətta üçüncü ölkələrin məcburi mövqe seçimi gündəmə gələ bilər.

Ona görə də bu gün həm media, həm də rəsmi dairələr ehtiyatla davranır. Lakin reallıq odur ki, İran və İsrail artıq “qırmızı xətt”i keçib. Sual budur: bu müharibə nə qədər davam edəcək...

Elnur Əmirov

Chosen
7
1
modern.az

2Sources