EN

Cənubi Koreyada Filippin üçün ilk patrul gəmisi suya salınıb

Filippinin 2022-ci ildə sifariş etdiyi altı OPV tipli patrul gəmisindən birincisi Cənubi Koreyanın Hyundai Heavy Industries şirkətinin Ulsan gəmiqayırma zavodunda suya salınıb.

Herbiand.az-ın məlumatına görə, gəmi 16-cı əsrdə Manilanı əcnəbi işğalçılardan müdafiə edən milli qəhrəman Rajah Süleymanın adını daşıyır.

Gəminin sifarişçiyə 2026-cı ilin martında, qalan beş gəminin isə 2028-ci ilə qədər təhvil verilməsi gözlənilir.

Açılış mərasimində hər iki ölkədən 70-ə yaxın rəsmi şəxs, o cümlədən Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Romeo S. Brauner, Filippin Hərbi Dəniz Qüvvələrinin rəis müavini, briqada generalı Edvin E. Amadar, Milli Müdafiə katibinin köməkçisi Auqusto V. Qayte, həmçinin Hyundai Heavy Industries-in hərbi-dəniz və xüsusi gəmiqayırma departamentinin rəhbəri Von Ho Dju iştirak ediblər.

“Rajah Süleyman” patrul gəmisinin korpusun uzunluğu 94 metr, eni 14 metrdir. Kruiz sürəti 15 düyün, kruiz məsafəsi 5500 dəniz milidir. Silahlara 76 mm-lik əsas silah və 30 mm-lik artilleriya sistemi daxildir. Gəmi aldadıcı buraxılış sistemi, axtarış radarı və elektro-optik izləmə sistemləri ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources