EN

7 ölkənin lideri İrana səsləndi Son qoy!

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

G7 ölkələrinin liderləri İsraili dəstəklədiklərini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, qərar Kanadada keçirilən sammitdən sonra açıqlanıb.

“Onlar İranı Yaxın Şərqdə qeyri-sabitlik və terror mənbəyi kimi qiymətləndiriblər. Yekun bəyanatda vurğulanıb ki, İslam Respublikası heç vaxt nüvə silahına malik olmamalıdır. Qərb liderləri Qəzza zolağında atəşkəs də daxil olmaqla, İran böhranı həll edildikdən sonra Yaxın Şərqdə döyüşlərə son qoymağa çağırıblar”, – deyə qeyd olunub.

Qeyd edək ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
globalinfo.az

2Sources