EN

Azərbaycan və Ermənistan Böyük Mason Lojası Rusiyada bir yerdə ––FOTOLAR

Azərbaycan Böyük Mason Lojasının nümayəndə heyəti Rusiyaya səfər edib.

AzPost bildirir ki, nümayəndə heyəti iyunun 7-də Moskvada keçirilmiş Rusiya Böyük Mason Lojasının30 illik  yubiley mərasimində iştirak edib.

Bu barədə Rusiya Böyük Mason Lojasının açıqlamasında deyilir.

Yubiley tədbirində Rusiya Mason Lojasının növəti ikiilik müddətinə rəhbər seçilib. Andrey Boqdanov Lojanın rəhbəri olub.

Yeni rəhbərin təqdimatını Türkiyə Mason Lojasının Böyük Ustadı Rəmzi Sanver edib. O rus dilində çıxış edib.

Açıqlamada deyilir ki, yubiley tədbirinə dünyanın müxtəlif yerlərindən mason qardaşları gəlib. Mərasimdə Türkiyə, Azərbaycan, Ermənistan, Yaponiya, Hindistan, Braziliya, Qabon, Serbiya, Mərakeş, Qazaxıstan, San-Marino, Burkina Faso dövlətlərindən gəlmiş mason lojaları iştirak edib.

“Onların hər biri öz mədəniyyətinin bir hissəsini bizm ümumi qardaşlıq mozaikamıza bəxş etmək üçün gətirmişdi. Bu onu göstərir ki, masonluq həmişə bütün coğrafi, dini, mədəni sərhədləri keçən bir hərəkatdır”-deyə bəyanatda vurğulanır.

Tədbirdə iştirak edən Mason Ustadları böyük rus memarları olmuş masonlar Vasili Bajenovun və Matvey Kazakovun abidəsini ziyarət ediblər.

 

“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. “2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.

 

2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008″i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.

5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.

 

Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

AzPost.az

Chosen
15
1
azpost.info

2Sources